Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-08,
Seanews
Heyder Eliyev

Qlobal nəhənglər "ZIM"-i almaqda maraqlıdır

Almaniyanın "Hapag-Lloyd" şirkəti İsrailin ən böyük konteyner daşıyıcısı olan "ZIM"-i almaqda maraqlıdır. Lakin "ZIM"-in işçi komitəsi buna qarşı çıxır. Onların fikrincə, "Hapag-Lloyd"-un səhmdarları arasında Qətər və Səudiyyə Ərəbistanına məxsus fondların olması İsrail üçün təhlükəsizlik riski yarada bilər.

"Seanews.az" xəbər verir ki, "Hapag-Lloyd"-un əsas səhmdarları alman milyarderi Klaus-Mikael Kühne və Çilinin "CSAV" gəmiçilik şirkətidir. Hər biri təxminən 30% paya sahibdir. Onlardan sonra Hamburq şəhəri (təxminən 14%), Qətər dövlət investisiya fondu (12,5%) və Səudiyyə ərəbistanın suveren fondu (təxminən 10%) gəlir.

"MSC" və "Maersk" kimi digər böyük konteyner daşıyıcılarının da "ZIM"-lə maraqlandıqları bildirilir.

"ZIM"-in satılması siyasi və hüquqi baxımdan çətin ola bilər. Çünki şirkət İsrail dövlətinin xüsusi “qızıl səhmi” ilə qorunur. Bu səhmlə İsrail hökuməti şirkətin xarici şirkətə satılmasına veto hüququna sahibdir. İttifaqlar da şirkətin xaricilərə keçməsinə qarşı çıxır.

"Hapag-Lloyd" 2023-cü ildə Cənubi Koreyanın "HMM" şirkətini almaq istəmişdi. Lakin Koreya hökuməti milli gəmiçilik şirkətinin xaricilərə satılmasına icazə vermədiyi üçün bu plan uğursuz olmuşdu.

"Hapag-Lloyd" və "ZIM" arasında keçmiş əməkdaşlıq cəhdləri də olub. Pandemiyadan əvvəl "ZIM" maliyyə çətinliyi yaşayanda, "Hapag-Lloyd" onu almağı müzakirə etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır