Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-09,
Seanews
Heyder Eliyev

"Seatrade" şirkətinə məxsus gəmidən 18 konteyner dənizə düşüb

La-Manş dənizində "Seatrade" şirkətinə məxsus "Baltic Klipper" gəmisindən 18 konteyner dənizə düşüb.

"Seanews.az" xəbər verir ki, hadisədən sonra təcili yardım qrupları hazırlıq vəziyyətinə gətirilib.

Birləşmiş Krallıq sahillərinə çıxan konteyner qalıqları və yüzlərlə banan ölkə mətbuatında böyük səs-küyə səbəb olub.

Mütəxəssislər hadisənin niyə baş verdiyini öyrənmək üçün genişmiqyaslı istintaq aparacaqlar. Araşdırmalar yükün sərt hava şəraiti,yüklərin düzgün bərkidilməməsi (səhv sabitlənəməsi), yaxud gəminin özündəki mümkün struktur qüsuru nəticəsində düşdüyünü müəyyən etməyə yönəldiləcək.

Rəsmilər itən konteynerlərin yerini tapmaq və dəniz ətraf mühitinə dəyə biləcək zərəri minimuma endirmək məqsədilə fəaliyyətlərin davam etdiyini açıqlayıblar.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır