İstanbulda güclü külək səbəbindən tanker drift edib
İstanbulun Avcılar bölgəsində müşahidə olunan şiddətli külək səbəbindən Tanzaniya bayraqlı “Marina” adlı tanker sahilə doğru drift edib.
"Seanews.az" xəbər verir ki, kimyəvi maddə daşıyan gəmi kapitanın operativ reaksiyası ilə sahilə cəmi 30 metr məsafə qalmış vaxtında təhlükəli zonadan uzaqlaşdırılıb.
Bu müdaxilə mümkün ekoloji təhlükənin qarşısını alıb və ərazidə daha ciddi nəticələrin yaranmasına imkan verməyib.
Hadisə ilə bağlı səlahiyyətli qurumlar tərəfindən araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

