Oneqa gölündə gəmi çevrilib
Kareliya Respublikasında Oneqa gölünün akvatoriyasında kiçikölçülü hava yastıqlı gəmi çevrilib.
"Seanews.az" xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Şimal-Qərb Nəqliyyat Prokurorluğu isə su yollarında təhlükəsizliyin təmin olunması və sərnişinlərin hüquqları ilə bağlı qanunvericiliyin icrasının yoxlanılması məqsədilə araşdırmalara başlayıb.
Kareliya Respublikasının Əhalinin həyat fəaliyyətinin təmin edilməsi və təhlükəsizliyi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, katerdə Sankt-Peterburqdan olan beş turist olub. Onlar Kiji adasına ekskursiyadan qayıdırmışlar. Gəmi aşdıqdan sonra yerli sakinlər onlara sahilə çıxmaqda kömək edib və ilkin tibbi yardım göstəriblər. Sərnişinlərdən üçü Medvejyegorsk Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

