Panama Kanalı müştərilərə dəstək tədbirlərini genişləndirir
Panama Kanalının administrasiyası müştərilərə dəstək tədbirlərini bu ilin 31 dekabrına qədər uzadıb.
"Seanews.az" xəbər verir ki, bu qərar koronavirus pandemiyasının qlobal iqtisadiyyata mənfi təsiri nəticəsində ziyan çəkmiş nəqliyyat sənayesini bərpa etmək məqsədi ilə qəbul edilib.
Müştərilərə dəstək tədbirləri cari ilin mayın 4-dən sentyabrın 1-nə kimi tətbiq edilmişdi. Bura tranzit bronlaşdırması üçün əvvəlcədən ödənişlərin dayandırılması və başqa güzəştlər daxil idi.
Qeyd edək ki, iyunda kanaldan 845, iyulda isə 933 konteyner gəmisi keçib. Bu, əsasən ABŞ-ın şərq sahili - Asiya marşrutu üzrə tranzit konteyner gəmilərinin sayının artması ilə əlaqədardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır