Litva dəniz gəmilərinin heyətləri üçün vətəndaşlıq tələblərini yumşaldacaq
Litva Baltikyanı Klaypeda limanında fəaliyyət göstərən mayeləşdirilmiş təbii qaz terminalının (LNG terminalı) baza gəmisi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar dəniz gəmilərinin heyətlər üçün vətəndaşlıq tələblərini yumşaltmaq niyyətindədir.
"Seanews.az" xəbər verir ki, bu barədə TASS-a Baltik Respublikasının Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, nazirlik Litva bayrağı altında üzən gəmilərin heyət üzvləri üçün məcburi Avropa vətəndaşlığı kvotasını azaltmağı və ya hətta ondan imtina etməyi təklif edir.
Nəqliyyat Nazirliyi bütün maraqlı tərəfləri bu məsələ ilə bağlı fikirlərini bildirməyə dəvət edib. Sentyabrın 30-dək nazirlik öz təkliflərini yekunlaşdıraraq baxılmaq üçün hökumətə təqdim etməyi planlaşdırır.
Litva bayrağı altında üzən gəmilərin heyətləri üçün Aİ-də ən sərt vətəndaşlıq kvotaları tətbiq edilir. Belə ki, heyət üzvlərinin ən azı yarısının, eləcə də kapitanın Aİ üzvü olan ölkələrin və ya Avropa İqtisadi Birliyinin üzvü olan ölkələrin vətəndaşlığı olmalıdır.
Bu tələb, hazırda Cənubi Koreyada məhz Litva üçün inşa edən Norveçin “Hoeg LNG” şirkətindən satın alındıqdan sonra “Independence” LNG terminal - baza gəmisinin istismarını çətinləşdirə bilər. 2024-cü ildə Litva Sinqapur bayraqlı bu gəmini almaq hüququna malik olacaq, lakin onu idarə etmək üçün ixtisaslı mütəxəssislər çatışmazlığı ilə üzləşə bilər

