“Silmar Group” səfərlərin tezliyini artıracaq
Beynəlxalq nəqliyyat və logistika şirkəti “Silmar Group” mövcud Hindistan-Rusiya konteyner xidmətinin inkişafı çərçivəsində 2022-ci ilin sentyabr ayından Mundra və Novorossiysk marşrutu üzrə səfərlərin tezliyini ayda iki dəfəyə qədər artırır. Mundradan yüklər 2 min TEU tutumlu iki gəmi ilə İstanbula və daha sonra fider gəmilərlə Novorossiyskə çatdırılır.
“Seanews.az”ın məlumatına görə, fider gəmilər həftədə iki dəfə Novorossiyskə yan alırlar. Mundra ilə Rusiya limanı arasında orta tranzit müddəti 20-27 gündür.
“Kataloniya” gəmisinin Mundra limanından növbəti çıxışı 2022-ci il sentyabrın 15-də və sonra hər iki həftədən bir planlaşdırılır.
“Silmar”ın Yaxın Şərq regionundakı fider və agent şəbəkəsi də bu xidməti Mundra vasitəsilə Hindistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzindəki digər limanlarla birləşdirir.
“Silmar Group” 2022-ci ilin aprel ayından Rusiyanın Novorossiysk və Vladivostok limanları ilə Hindistan və Çin limanları arasında öz konteynerlərində xətti daşımaları həyata keçirir. Qrup ümumi tutumu təxminən 5000 TEU olan bir donanmanı idarə edir.

