Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-29,
Seanews
Heyder Eliyev

Gürcüstan Qara dənizdə ən dərin limanın tikintisinə ümid edir

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili dünən bildirib ki, bir çox iri investorlar limanın tikintisinə maraq göstərirlər. Xüsusilə Abu Dabidən olan bir investorun adını çəkib.

"Fars körfəzi və Mərkəzi Asiya ölkələrindən investorların marağı var. Biz Gürcüstanın tranzit potensialının inkişafı üçün müasir liman infrastrukturu əldə etmək istəyirik", - Baş nazirin müavini bildirib.

Bir neçə il əvvəl Anaklia limanı layihəsi uğursuzluğa uğradı. Yerli investorlar öhdəliklərini yerinə yetirə və 400 milyon dollar vəsait toplaya bilmədilər.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır