22 mərtəbəli binanın hündürlüyündə 9 gəmi sifariş edilib
“Evergreen” şirkəti Çinin “Hudong-Zhonghua Shipbuilding” tərsanəsində inşa olunan 24 000 TEU-luq konteyner gəmisini istismara qəbul edib.
“Seanews.az”ın məlumatına görə, "Ever Aria" adlandırılan yeni gəmi bu ilin iyununda istismara verilən dünyanın ən böyük konteynerdaşıyanı “Ever Alot”un oxşarıdır. Ümumilikdə “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavoduna 9 belə gəmi sifariş edilib. Cari ildə bu seriyadan daha 24 min TEU-luq gəminin təhvil verilməsi planlaşdırılır. Daha 5 konteynerdaşıyanın tikintisi isə müxtəlif mərhələlərdədir.
“Ever Aria”nın uzunluğu demək olar ki, 400 metr, göyərtə sahəsi 24 min kvadratmetr, tutumu 24 min TEU-dur. Göyərtələrin maksimum sayı 25-dir ki, bu da 22 mərtəbəli binanın hündürlüyünə bərabərdir.
Gəminin Asiya-Avropa marşrutunda istismarı nəzərdə tutulur.

