Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Silahlı quldurlar Qvineya sahillərində yük gəmisini qarət ediblər

“Martina” gəmisi Qvineyanın paytaxtı Konakridən 18 dəniz mili cənubda lövbərdə olarkən hücuma məruz qalıb.

Dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşmış “Ambrey” şirkətinin məlumatına görə,  pirat hücumu zamanı dənizçilərdən heç biri xəsarət almayıb, ancaq gəmi qarət edilib.

AK tipli avtomat və bıçaqlarla silahlanmış üç quldur gəmiyə qalxıb, daha iki iştirakçı gəmiyə yaxınlaşan qayıqda gözləyib. Heyət gəmidə gizlənməyə müvəffəq olub. Quldurlar gəmini qarət ediblər.

2022-ci ilin birinci yarısında dünyada piratçılıq hadisələrinin sayı təxminən 30 ildə ən aşağı səviyyədə olub. Buna baxmayaraq, Qvineya körfəzi ən çox pirat hücumları qeydə alınan  bölgə titulunu qoruyub saxlayıb. Ümumiyyətlə, bu sularda piratçılıq son on ildə dənizçilər və yerli icmalar üçün ciddi təhlükə yaradıb. Təkcə 2020-ci ildə bütün pirat hücumlarının 40%-i və heyət üzvlərinin oğurlanmasının 95%-i bu ərazidə baş verib.

2021-ci ildə Nigeriya Dəniz Administrasiyası və Təhlükəsizliyi Agentliyinin antipirat layihəsi olan “Deep Blue”-nun yaradılmasından sonra hücumların sayı demək olar ki, 60% azalıb. İyun ayında Nigeriya hökuməti və qlobal gəmiçiliklə bağlı maraqlı tərəflərin koalisiyası Qvineya körfəzində piratçılıq, silahlı soyğunçuluq və adam oğurluğu ilə mübarizə üçün yeni strategiya yaradıb. Digər məsələlərlə yanaşı, bu, Qvineya körfəzində mövcud təşəbbüslərin və öhdəliklərin səmərəliliyinin dövri qiymətləndirilməsi mexanizminin yaradılmasını nəzərdə tutur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır