Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

520 milyon dollarlıq müqavilə ləğv edilib

“Seaspan Corporation” şirkəti LNG ilə işləyən 7,7 min TEU tutumlu dörd konteyner gəmisinin tikintisi üzrə müqaviləni ləğv edib. “gCaptain”-in sözlərinə görə, sifarişin ləğv edilməsinə “müqavilə şərtlərinin yerinə yetirilməməsi” səbəb olub.

Gəmilər bu ilin may ayında sifariş verilib. Onların istismara verilməsi 2024-cü ilin sonuna planlaşdırılırdı. “Seaspan” tərəfindən sifariş edilən konteyner gəmiləri “MSC”-yə uzunmüddətli icarəyə veriləcəyi güman edilirdi.

“Qarşı tərəf müəyyən şərtləri yerinə yetirmədiyinə görə müqavilə qüvvədən düşüb. “Seaspan” müvafiq tərəfləri xəbərdar edib və müqavilələrlə bağlı qarşı tərəfə iddialar irəli sürmək hüququnu özündə saxlayır”, - “Seaspan”-ın bəyanatında deyilir.

“Seaspan Corporation” şirkəti gəmiqayırma zavodunun adını açıqlamasa da, 520 milyon dollarlıq müqavilənin Cənubi Koreyanın “K Shipbuilding” şirkəti ilə imzalandığını güman etmək olar.

Xatırladaq ki, əvvəllər “K Shipbuilding” şirkəti “STX Offshore & Shipbuilding” kimi tanınıb. Gəmiqayırma zavodu 2021-ci ilin yayında dövlət tərəfindən idarə olunan çətin aktivlərin idarə edilməsi şirkəti “United Asset Management Company” (“UAMCO”) və özəl səhmdar “KH Investment” tərəfindən satın alınana qədər bir neçə il müflis olma ərəfəsində olub. Satın alınanda gəmiqayırma zavodunun adı da dəyişdirilərək “K Shipbuilding” qoyulub.

Konteyner daşıma bazarında yüksək tələbatdan istifadə edən “K Shipbuilding” şirkəti 7-8 min TEU tutumlu konteyner gəmilərinin layihələndirilməsinə başlayıb.

Bu yay gəmiqayırma zavodu “Seaspan” və “MSC”-dən səkkiz konteyner gəmisi üçün sifarişlər alıb. Ümumilikdə bu müqavilələr 1 milyard dollar dəyərində qiymətləndirilirdi. Mətbuat o zaman yazmışdı ki, "bu sifarişlər sayəsində “K Shipbuilding” yeni bir həyat qazanıb".

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır