Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Süveyş kanalı rəhbərliyi tranzit haqqını artırır

Süveyş Kanalı İdarəsi (SCA) 2023-cü il yanvarın 1-dən tranzit haqqını artırır.

“Maritime Executive” SCA-ya istinadən xəbər verir ki, quru yük gəmiləri və kruiz laynerləri istisna olmaqla, bütün növ gəmilər üçün kanaldan keçid haqqı 15% artırılacaq. Quru yük gəmiləri və kruiz laynerləri üçün isə artım  10 % nəzərdə tutulur.

Nəşr Süveyş Kanalı Administrasiyasının sədri Usama Rabidən sitat gətirir: "Süveyş kanalının çevik qiymət strategiyası qlobal iqtisadiyyatdakı dəyişikliklərlə diktə olunur. Tranzit haqlarının artması onunla bağlıdır ki, SCA gəmiçilik bazarındakı bütün dəyişiklikləri izləyir, əksər gəmi növləri üçün daim artan yük tariflərinə nəzarət edir. Onlar görünməmiş səviyyəyə çatıbdır və proqnoz gələn ildə də artımın davam edəcəyini göstərir”.

O qeyd edib ki, Süveyş kanalının tranzit haqqı bir sıra amillərdən asılıdır və bunlardan ən mühümü müxtəlif növ gəmilər üçün orta yükdaşıma dərəcəsidir. Keçən il Covid-19 pandemiyasının ortasında yükdaşıma tarifləri yüksəldiyindən konteyner gəmiləri üçün tranzit haqları əhəmiyyətli dərəcədə artdı.

V.Rabi əlavə edib ki, tranzit haqlarının artmasına enerji qiymətlərinin artması və qlobal inflyasiya səviyyəsi də təsir edib. Bu amillər kanalın göstərdiyi istismar xərclərini və naviqasiya xidmətlərini artırıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır