Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Kuzey Star Shipyard” ilkə imza atıb

“Kuzey Star Shipyard” moderləşdirmə proqramı çərçivəsində ”Grıp Marine” adlı dəstək gəmisini canlı balıq daşıma gəmisinə çevirib.

“Seanews.az” xəbər verir ki, 2021-ci ildə başlanan layihə üzrə hazırda son tamamlama işləri görülür.

Modernləşdirmə çərçivəsində gəmidə ozon oksigen, RSW və RO sistemləri quraşdırılıb. Bundan başqa, 20 ton paslanmayan poladdan hazırlanmış iki hərəkətli bölmə montaj olunub. 200-ə qədər elektrik şkafının olacağı gəmi 8 ədəd 3500 kubmetrlik dövriyyə nasosu sistemi ilə təmin ediləcək.  

Həmçinin, paslanmayan metal təbəqə və balıq boruları da daxil olmaqla, ümumilikdə gəmidə 255 ton boru döşənəcək və bunlar xüsusi bağlarla birləşdiriləcək.

Qeyd edək ki, moderləşdirməyədək Norveçdə ofşor xidmət göstərən gəmi 2012-ci ildə inşa olunub. Onun uzunluğu 86, eni 18 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır