Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Cənubi Koreyada 2050-ci ilədək pilotsuz gəmilər komandanlığı yaratmaq planlaşdırılır

Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri 2040-cı illərin sonunadək pilotsuz təyyarələr, gəmilər və sualtı qayıqlara malik komandanlıq yaratmaq planlarını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, Yonhap informasiya agentliyi bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin parlamentdə hesabatına istinadla məlumat yayıb.

Hesabata əsasən, üç donanmadan birinin komandanlığı ləğv olunaraq onun yerini təklif edilən struktur tutacaq. Cənubi Koreya ordusu, eyni zamanda, 2040-cı illər ərzində donanmada qulluq edən çağırışçıların sayının hazırda mövcud olan 37,1 faizdən 20 faizə endirmək niyyətindədir.

Koreya Respublikası, həmçinin 2050-ci ilə qədər “pilotsuz nəqliyyat vasitələrinin” payını hazırkı 1 faizdən 45 faizə çatdırmağı planlaşdırır. KBS telekanalının məlumatına görə, bu addımlar Cənubi Koreyada aşağı doğum səviyyəsinin səbəb olduğu kadr çatışmazlığı problemi ilə bağlıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır