Təsnifat cəmiyyəti metanoldan yanacaq kimi istifadə edə bilən iki yanacaqlı yedək gəmisinin layihəsini bəyənib
İtaliyanın “RINA” təsnifat cəmiyyəti metanoldan yanacaq kimi istifadə edə bilən iki yanacaqlı yedək gəmisinin layihəsini bəyənib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, layihə Türkiyənin “Med Marine” konstruktor bürosu tərəfindən hazırlanıb.
Gəminin uzunluğu 24,25 metr, eni 11,8 metr, suya oturumu 3,75 metr, gücü 1335 kVt, dartma qüvvəsi isə 40 tondur.
“RINA” təsnifat cəmiyyətinin Cənubi Avropadakı dəniz daşımaları bölməsinin rəhbəri Konstantinos Papaleksopoulosun sözlərinə görə, alternativ yanacaq kimi metanol daha çox diqqət çəkir və karbonsuz gəmilərin inkişafı paketinin bir hissəsi olacaq.
Qeyd edək ki, Türkiyənin gəmiqayırma və yedək donanması operatoru “Med Marine” 25 ildir ki, ölkənin limanlarında müxtəlif yedəkləmə, losman və yanalma xidmətləri həyata keçirir.