Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-05,
Seanews
Heyder Eliyev

“MSC”-nin bütün donanması rəqəmsal texnologiya ilə təchiz ediləcək

“Kongsberg Digital” (“Kongsberg Group”-a daxildir) texnologiya şirkəti və “MSC” xətti  konteyner daşıyıcısı “MSC”-nin təxminən 500 gəmidən ibarət bütün donanmasını rəqəmsal məlumatların emalı infrastrukturu ilə təchiz etmək üçün müqavilə imzalayıblar.

“Seanews.az”-ın məlumatına görə,  müqavilə beş il müddətinə bağlanıb və “MCS”-nin gəmilərində monitorinq, emal və məlumat mübadiləsi üçün “Kongsberg Digital” tərəfindən hazırlanmış “Vessel Insight” və “Vessel Performance” proqram həllərinin tədarükünü əhatə edir.

Müqavilə həmçinin əlavə xidmətlər üçün seçim imkanı verir.

Bundan əlavə, “Kongsberg Digital” MSC-ni rəqəmsallaşmanın üstünlüklərini artırmaq üçün müştərilərə təklif olunan xidmətin mühüm hissəsi olan dinamik nəzarətlə təmin edəcək.

2016-cı ildə yaradılmış “Kongsberg Digital” süni intellekt, dəniz simulyatoru proqramı və avtomatlaşdırma kimi proqram təminatı və rəqəmsal həllərin tərtibatçısı və təchizatçısıdır. Mülki donanma, neft sənayesi, bərpa olunan enerji və kommunal xidmətlər şirkətləri, həmçinin informasiya texnologiyaları sahəsində biliklərin toplanması üçün öz məhsullarını təqdim edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır