Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Gəmilərin Uzaq Məsafədən Tanınma və İzlənmə sistemi (UMTİ/LRİT)

Bu sistemdən dünyanın harasında olursa-olsun, gəmilərin tanınması, izlənməsi  və onlar barədə məlumat alınması üçün istifadə edilir.

LRİT sistemi (SOLAS Beynəlxalq Konvensiyası, Fəsil V, Qayda 19-1) 2008-ci ildən qüvvəyə minmişdir. Bu qaydanın  tələbləri həmin ilin 31 dekabrından sonra tikilən və beynəlxalq səfərlər edən sərnişin gəmilərinə, 300 BRT olan, yüksək  sürətli gəmilər daxil olmaqla yük gəmilərinə,  eləcə də  Üzən Səyyar Qazma Qurğularına  şamil edilir.

UMTİ/LRİT sistemi Dəniz təhlükəsizliyi komitəsinin (MSC) qəbul etdiyi Qətnamənin tövsiyəsinə əsasən  yaradılır. Sistemin yaradılmasında məqsəd həmçinin SOLAS konvensiyasına tərəfdar olan və ratifikasiya edən ölkələr arasında  gəmilərin  dəniz təhlükəsizliyi ilə əlaqədar informasiya mübadiləsinin aparılmasıdır.

Bu sistem Beynəlxalq arenada qəbul edilmiş və “Okeanların konstitusiyası” adlandırılan BMT-nin Dəniz Hüququ Konvensiyası (United Nations Convention on the Law of the Sea) ilə ziddiyyət təşkil etmir və eyni zamanda tətbiq olunduğu ölkələrin fərdi dəniz istismar qaydalarının da əksinə gedə bilməz.

Sistemin əsas üstünlüyü ondan ibarətdir ki, mübadilə olunan məlumatlar ancaq buna ehtiyacı olan tərəflərə ikitərəfli  müqavilə əsasında  əlçatan olur. Digərləri üçün bu informasiyanın gizli olması həm yarana biləcək problemlərin qarşısını almaqla yanaşı, sistemin şəffaflığını və uzunömürlülüyünü artırır.

UMTİ/LRİT sistemi SOLAS  Beynəlxalq Konvensiyanın  tələblərinə  uyğun olaraq ASCO-nun xarici səfərlər edən bütün  gəmilərinə tətbiq edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır