Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“A.P. Moller – Maersk” və “IBM” birgə blokçeyn layihəsini bağlayırlar

“A.P. Moller – Maersk” və “IBM” birgə blokçeyn layihəsi “TradeLens”-i bağlamaq qərarına gəliblər.

“Seanews.az”ın məlumatına görə, platforma 2023-cü ilin birinci rübünün sonuna qədər fəaliyyətini dayandırmalıdır. O vaxta qədər layihənin bütün iştirakçılarına  bizneslərinə xələl gətirilmədən xidmət göstəriləcək.

“TradeLens” qlobal təchizat zəncirlərinin rəqəmsallaşdırılmasında cəsarətli irəliləyiş etmək cəhdi ilə açıq neytral sənaye platforması kimi yaradılmışdır. Biz işlək platforma yarada bilsək də, təəssüf ki,  qlobal miqyasda sənayedə tam əməkdaşlığa nail olmaq mümkün olmadı. Nəticədə “TradeLens” fəaliyyətini davam etdirmək və gözlənilən maliyyə göstəricilərini müstəqil biznes kimi təqdim etmək üçün tələb olunan kommersiya performansı səviyyəsinə çatmayıb”, - deyə “A.P. Moller-Maersk”-də biznes-platformanın rəhbəri Potem Xerşko bildirib.

Həmçinin bildirilir ki, “Maersk”, tədarük zəncirlərini rəqəmsallaşdırmaq və sənayeni digər həllər ilə yenilik etmək üçün işləməyə davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır