Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Finlandiyada ilk dəniz külək stansiyası tikiləcək

Finlandiya ilk dəniz külək stansiyasının tikintisini planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Yle" telekanalı məlumat yayıb.

Məlumata görə, "Metsahallytus" və "Vattenfall" şirkətləri Finlandiyanın Korsnyas bələdiyyəsi sahillərində ilk dəniz külək stansiyasının tikintisini nəzərdə tutan layihənin işlənib hazırlanmasına dair saziş imzalayıblar. Stansiyanın gücü 1,3 GVt-a çatacaq və təxmin edilən illik elektrik enerjisi istehsalı ildə 6 TVt/saat təşkil edəcək. Stansiya 2 milyondan çox yaşayış binasını və ya 250 minə yaxın fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edə biləcək.

Respublika 2035-ci ilə qədər karbon-neytral dövlətə çevrilməyi hədəfləyir. Hazırda külək enerjisi Finlandiyada istehsal olunan bütün elektrik enerjisinin təxminən 10%-ni təşkil edir.

Ekspertlərin fikrincə, 10 ildən sonra bu pay 25%-ə yüksələcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır