Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Çin dünyanın ilk pilotsuz tədqiqat gəmisini suya buraxıb

Çin okeanı araşdırmaq üçün dünyanın ilk tam avtomatlaşdırılmış tədqiqat gəmisini suya buraxıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Zhuhaiyun" gəmisi avtonom naviqasiya sisteminə malikdir və o, həmçinin uzaqdan idarəetmə texnologiyası ilə təchiz olunub. Bütün əsas sistemlər, o cümlədən güc və hərəkət sistemləri Çin istehsalıdır.

Uzunluğu 88,5 metr, eni 14 metr və bortunun hündürlüyü 6,1 metr olan tədqiqat gəmisinin maksimum sürəti 18 düyündür.

"Zhuhaiyun" gəmisi okean tədqiqatı,  okeanoqrafik çəkilişlər, xəritəçəkmə, dəniz patrulluğu və nümunə götürmə kimi mürəkkəb tapşırıqlar üçün istifadə edilə bilər. Gəmidə hava və dəniz məkanlarını, eləcə də dərinlikləri izləmək üçün müxtəlif cihazlar quraşdırmaq mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır