Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Gəminin arsenalında avtonom və uzaqdan idarə olunan sualtı dronlar olacaq

Böyük Britaniya hökumətinin aldığı “Topaz Tangaroa” gəmisi ölkə sularında sualtı fiber-optik və elektrik kabellərini zədə və ya müdaxilədən qorumaq üçün yenidən təchiz ediləcək.

Bu barədə “DatacenterDynamics” ixtisaslaşmış nəşri məlumat yayıb.

Ümumilikdə,  belə məqsədlər üçün iki gəmi alınacaq. “Topaz Tangaroa” ilk növbədə öz texniki göstəricilərinə görə seçilib: 98 metrlik gəminin helikopter meydançası, kran və böyük işçi göyərtəsi var. Alış qiyməti 86,5 milyon dollardır.

“Topaz Tangaroa” dörd il əvvəl müxtəlif sualtı əməliyyatları, o cümlədən neft platforması işləri, tikinti, texniki xidmət və yoxlama işləri və avtonom sualtı əməliyyatları dəstəkləmək üçün tikilib.

Xüsusi sensorlarla təchiz ediləcək gəminin arsenalına avtonom və bir neçə uzaqdan idarə olunan sualtı dronlar daxil ediləcək.

Heyəti 15 nəfərdən ibarət olacaq “Topaz Tangaroa” 2023-cü ilin yayında işə başlaya bilər. İkinci gəmiyə gəlincə, onun alınması hələlik yalnız müzakirə edilir.

“Seanews.az”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır