Gəmilər üçün helikopter tutma sistemi hazırlanıb
Türkiyənin “Altınay” şirkəti gəmilər üçün helikopterlərin tutulması və gəmilərdəki anqarlara köçürülməsi üçün istifadə edilən helikopter tutma sistemi hazırlayıb.
Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Türkiyə ordusunun istifadə etdiyi ASİST sistemləri Kanadada istehsal edilib və ölkə sistemlərin tədarük edilməsinə qadağa qoyub.
Sistemə helikopter yerləşdirilən lazer sensorları, inteqrasiya olunmuş görüntü emalına malik kamera sistemi, helikopterin tutulması və ötürülməsi vasitəsi, operator konsolu daxildir. Uçuş-enmə zolağında personalın müdaxiləsini tələb etməyən sistem operatorla konsolda istifadə oluna bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır