Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Mal-qara peynindən əldə ediləcək mayeləşdirilmiş biometandan gəmi yanacağı kimi istifadə olunacaq

“Mitsui OSK Lines” (“MOL”) gəmi yanacağı kimi mal-qara peynindən əldə edilən mayeləşdirilmiş biometandan (LBM) istifadə etməyi planlaşdırır.

“Seanews.az”-ın məlumatına görə, şirkət bu alternativ yanacağın LNG ilə işləyən gəmilərdə sınaqdan keçirilməsi üçün Yaponiyanın qaz istehsalçısı “Air Water” ilə anlaşma memorandumu imzalayıb.

Hokkaydo adasında mal-qara peynindən mayeləşdirilmiş biometan istehsal olunacaq. “MOL” gəmilərindən birində LBM sınaqları bu ilin birinci yarısında başlayacaq. Bu, Yaponiyanın gəmidə mayeləşdirilmiş biometanla bağlı ilk sınağı olacaq.

Ötən ilin payızında “Air Water” ilk LBM zavodunu işə saldı. Şirkət həmçinin LNG ilə işləyən ağır yük maşınları üçün mayeləşdirilmiş biometan tədarük etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır