Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Yaponiya dörd il ərzində gəmilərində “Tomaqavk” raketlərini yerləşdirmək istəyir

2027-ci maliyyə ilinə qədər Yaponiya hakimiyyəti “Aegis” kompüter izləmə və yönləndirmə sistemləri ilə təchiz edilmiş bütün esmineslərini Amerika istehsalı olan “Tomaqavk” qanadlı raketlərini daşıya bilmələri üçün təkmilləşdirməyi planlaşdırır.

Bu barədə “Report” “The Japan Times”a istinadən xəbər verir.

Bu addımın yenilənmiş milli təhlükəsizlik strategiyası fonunda ölkənin Özünümüdafiə Qüvvələrinin əks-hücum potensialının inkişafı çərçivəsində atılacağı qeyd edilib.

Yaponiyanın səkkiz “Aegis” ilə təchiz olunmuş esminesi var və yaxın illərdə Tokio onların sayını 10-a çatdırmağı planlaşdırır.

Qeyd edək ki, Yaponiya hökuməti Amerika istehsalı olan “Tomaqavk” qanadlı raketlərini almaq təklifi ilə ABŞ-a müraciət edib. Rəsmi Vaşinqton bu təklifə müsbət reaksiya verib və tədarüklə bağlı danışıqlar artıq son mərhələyə qədəm qoyur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır