Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Yeni sistemlə təchiz ediləcək ilk gəmi 2025-ci ildə təhvil verilməlidir

“Wartsila”-nın texnoloji qrupu səkkiz gəmi üçün relikufikasiya sistemlərinin tədarükü müqaviləsi imzalayıb. Bu səkkiz gəmi müxtəlif aparıcı gəmiçilik şirkətlərinə məxsus olacaq. “Hudong Zhonghua” gəmiqayırma zavodundan sifarişlər 2023-cü ilin birinci rübündə “Wartsila”-nın sifariş qovluğuna daxil edilib.

“Seanews.az”-ın məlumatına görə, “Wartsila” hər bir gəmini “Wartsila Compact Reliq Single Booster” (“CRSB”) sistemi ilə təmin edəcək.

Avadanlığın çatdırılması 2024-cü ilə planlaşdırılır və ilk gəmi 2025-ci ildə təhvil verilməlidir.

“Wartsila Compact Reliq” sistemi yüksək səmərəli və asan quraşdırma üçün nəzərdə tutulmuşdur. Soyuducu mühit kimi azotdan istifadə olunur, bu, yalnız təhlükəsiz deyil, həm də sistemin işini asanlaşdırır.

“Wartsila Corporation” (qərargahı Helsinki, Finlandiya) gəmiçilik, neft, elektrik və digər sənayelər üçün mühərriklərin və digər sistemlərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmışdır. 2022-ci ildə satışlar 5,8 milyard avro təşkil edib. 18 minə yaxın işçisi olan şirkət dünyanın 79 ölkəsində 240 nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır