Dənizdə günəş enerjisi istehsal edən platforma istifadəyə verilib
“Yantai CIMC Raffles Offshore” (“CIMC Raffles”) gəmiqayırma şirkəti Çinin dənizdə ilk yarıdalma üzən günəş enerjisi istehsalı platformasını istifadəyə verib.
“Seanews.az”-ın məlumatına görə, platforma dörd ayrı günəş panelindən ibarətdir. Onun ümumi sahəsi 1,9 min kvadratmetr, gücü 400 kVt.-dir.
Üzən qurğu müxtəlif sistemlərlə, o cümlədən monitorinq və toqquşmaların qarşısının alınması sistemi ilə təchiz edilmişdir. Dalğanın hündürlüyü 6,5 metr və küləyin sürəti 34 m/s-dək şəraitdə təhlükəsiz işləyə bilir.
“CIMC Raffles” qeyd edir ki, dənizdə günəş enerjisi qurğusunun uğurlu istismarından sonra bu cür platformaların tikintisinin kommersiya həcmi barədə düşünmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır