Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Amerika şirkəti rəqəmsal xidmətlər bazarında mövcudluğunu gücləndirir

Donanma idarəetmə sistemləri də daxil olmaqla proqram təminatının hazırlanması üzrə ixtisaslaşan Amerikanın “Veson Nautical” (Veson) şirkəti “VesselsValue” gəmi izləmə və qiymətləndirmə xidmətini əldə etmək niyyətində olduğunu açıqlayıb.

“Seanews.az”-ın məlumatına görə, “VesselsValue” şirkəti 2011-ci ildə təsis edilib. Hazırda bu xidmət gündəlik yenilənən, avtomatlaşdırılmış gəmilərin qiymətləndirilməsi üçün bazar standartlarından biri hesab olunur. Məlumat bazası 80 min gəmidən çox ticarət donanmasını əhatə edir.  “VesselsValue” daim izlənilir, hesabatlar verir, dəyəri qiymətləndirir.

“VesselsValue” məhsul və xidmətlərini “Veson”-un mövcud həlləri ilə birləşdirəcək və rəqəmsal xidmətlər bazarında öz iştirakını gücləndirəcək.

“VesselsValue Ltd” dəniz sənayesi üçün onlayn qiymətləndirmə və bazar məlumatlarının aparıcı təchizatçısıdır. Xidmət 2011-ci ildə istifadəyə verilib və gəmi sahibləri də daxil olmaqla 2500 istifadəçisi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır