Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük qaz daşıyıcısı istismara verilib

Çinin“Jiangnan” gəmiqayırma zavodu mayeləşdirilmiş karbon qazının daşınması üçün inşa etdiyi “Harzand” tankerini təhvil verib.

“Seanews.az” xəbər verir ki, bu, qaz yanacağının daşınması üçün dünyanın ən böyük gəmisidir.

Tankerin uzunluğu 230, eni 36,6 metr, sürəti 16,5 düyünə qədərdir. İki yanacaqlı mühərriklə təchiz edilən tanker LPG ilə də işləyə biləcək.

Çənlərinin tutumu 93 min kubmetr olan tankerin sifarişçisi “Petredec” şirkətidir. Gəminin inşası zamanı aşağı temperaturda istifadə üçün yararlı sayılan Çin poladından istifadə edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır