Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“MR” tankeri iki yanacaqlı gəmi kimi layihələndirilib

Cənubi Koreyanın Gəmilərin Registri (KR) Təsnifat Cəmiyyəti Osloda keçirilən “Nor-Shipping-2023” sərgisində metanolla işləyən “MR” tankerinin konsepsiyası üçün prinsipcə Təsdiq Sertifikatı (AIP) verib.  Gəmi Təsnifat Cəmiyyəti, Cənubi Koreyanın “K Shipbuilding” gəmiqayırma şirkəti və “S&SYS” avadanlıq istehsalçısı tərəfindən birgə layihələndirilib.

"Seanews.az" xəbər verir ki, “MR” tankeri (25-55 min ton) iki yanacaqlı gəmi kimi layihələndirilib, onun mühərrikləri gəmi qazoylu (MGO) və ya metanoldan istifadə edə biləcək. Gəmi açıq göyərtənin sağ və sol bortunda yerləşən metanollu iki yanacaq çəni ilə təchiz olunacaq.

Gəminin və metanol ilə yanacaq çənlərinin ilkin layihəsinin hazırlanması “K Shipbuilding” şirkətinin rəhbərliyi altında mütəxəssislər tərəfindən həyata keçirilmiş, yanacaq təchizatı sistemi “S&SYS” tərəfindən hazırlanmışdır. “KR” sertifikatın verilməsi üçün metanol tankerinin layihəsinin təhlükəsizlik tələblərinə və konstruksiya qaydalarına uyğun olduğunu yoxlayıb.

Cənubi Koreyanın Gəmiləri Registri Təsnifat Cəmiyyəti  (KR) 1960-cı ildə yaradılmışdır. Hazırda KR-nin reyestrində ümumi ümumi tutumu 68 milyon ton olan 3040 gəmidən ibarət beynəlxalq donanma var. Baş ofisi Busanda (Cənubi Koreya) yerləşən  Cəmiyyətin 80 ölkədə məcburi və sertifikatlaşdırma xidmətlərini yerinə yetirmək səlahiyyəti var. O, Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) üzvüdür və ISO 9001, ISO 14001, ISO 45001, ISO 22301, ISO 50001, ISO 3834 daxil olmaqla müxtəlif standartlara sertifikat təklif edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır