Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Sentyabrda Qara dəniz sualtı elektrik kabeli layihəsinin ikinci mərhələsinə başlanılacaq

Avropa İttifaqı və aparıcı maliyyə institutları Qara dəniz sualtı elektrik kabeli layihəsinə tam dəstək verir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentin plenar sessiyasında illik hesabatını təqdim edərkən deyib.

“Biz bu layihənin son 30 il ərzində həyata keçirilmiş ən önəmli tarixi layihələrdən olacağını gözləyirik”, - Qaribaşvili deyib.

Baş nazir əlavə edib ki, Gürcüstanın irəli sürdüyü bu layihə Brüsseldə ilk dəfə 2021-ci ildə müzakirə edilib:

“Biz əvvəldən Avropa İttifaqından tam dəstək almışıq. Daha sonra biz strateji tərəfdaşlarımız olan Azərbaycan, Rumıniya, Macarıstanla fəal əməkdaşlığı davam etdirdik və ötən il memorandum imzalandı. İndi layihə fəal şəkildə araşdırılır. Sentyabrda araşdırmanın nəticəsinin çıxmasını gözləyirik və bundan sonra ikinci mərhələyə keçəcəyik”, - Baş nazir qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır