Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Tayvan gəmi əleyhinə raketlərin istehsalını beş dəfə artıracaq

Tayvan hakimiyyəti 2026-cı ilə qədər gəmi əleyhinə qanadlı raketlərin illik istehsalını beş dəfə artırmaq üçün 57,3 milyard Yeni Tayvan dolları (təxminən 1,84 milyard dollar - Qeyd) ayırmağı planlaşdırır.

Bu barədə “Report” “Taypey Şibao” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, proqram Çin Hərbi Dəniz Qüvvələrinin ada ərazisində aktivləşməsinə cavab olaraq təsdiqlənib.

Vurğulanıb ki, indi adanın sənayesi ildə 200-ə yaxın gəmi əleyhinə raket istehsal etmək gücündədir. Onların arasında eyni istehsal xəttində yığılan 130-a yaxın “Hsiung Feng II” və “Hsiung Sheng” raketləri, həmçinin 70-ə yaxın “Hsiung Feng III” raketləri var.

Müdafiə departamentindəki mənbənin sözlərinə görə, bu il “Hsiung Feng II”nin təkmilləşdirilmiş modifikasiyasının seriyalı istehsalına başlanılması planlaşdırılır, onun diapazonu 200-dən 400 km-ə qədər genişləndirilib.

Digər növ qanadlı raketlərin istehsalı da artırılacaq. Cari ildə bu məqsədlə 15,5 milyard yeni Tayvan dolları (təxminən 497,83 milyon dollar - Qeyd) ayrılacaq. 2024-cü ildə mövcud sahə üzrə büdcə ayırması 19,8 milyard yeni Tayvan dollarına (təxminən 635,4 milyon dollar - Qeyd) qədər artırılacaq.

Eyni zamanda, maliyyələşdirmənin həcmi 2025-ci ildə pik həddə çatacaq: proqram təxminən 22 milyard yeni Tayvan dolları (706 milyon dollar - Qeyd) həcmində sərmayəni nəzərdə tutur. 2026-cı ilə qədər adanın sənayesi hər il təxminən 1000 gəmi əleyhinə raket istehsal etməlidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır