Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Şimal dənizində günəş panelləri ilə dəniz üzən platforması sınaqdan keçiriləcək

“SeaVolt” (“Tractebel, “DEME” və “Jan De Nul”-in birgə müəssisəsi) açıq dənizlərdə sərt hava sınaqları üçün ilk üzən günəş paneli platformasını işə salmağa hazırlaşır.

“Seanews.az”-ın məlumatına görə, layihə üzvü Jan De Nulin mətbuata açıqlamasında belə deyilir.

Hazırda Şimal dənizi sahilində yerləşən Ostend limanında günəş panelləri quraşdırılır. Platforma Belçikanın ərazi sularında günəş panellərindən dəniz enerjisi istehsal edən ilk belə platforma olacaq.

Quraşdırma tamamlandıqdan sonra platforma yedəyə alınaraq dənizə çıxarılacaq və lövbərlə bağlanacaq. Avqust ayından başlayaraq ən azı bir il ərzində müxtəlif zəruri məlumatlar toplanacaq.

Bundan əvvəl göllərdə günəş panellərinin üzən qurğuları sınaqdan keçirilib. “SeaVolt” şirkəti açıq dənizlərdə əlverişsiz hava şəraitində belə böyük üzən komplekslərdən istifadə konsepsiyasını hazırlayıb. Modul sınaq qurğusunda yüngül karbon lifli materialdan istifadəyə üstünlük verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır