Tam avtomatlaşdırılmış terminalın açılışı olub
Tayvanın “Kaohsiung” limanında tam avtomatlaşdırılmış konteyner terminalı fəaliyyətə başlayıb.
“Seanews.az” xəbər verir ki, terminalın 5 körpüsü mövcuddur. Bu, eyni vaxtda tutumu 24 min TEU olan 4 konteynerdaşıyan və 2 fider gəmi qəbul etməyə imkan verir.
Terminal pilotsuz nəqliyyat vasitələri, məsafədən idarəetmə sistemləri və digər texnologiyalarla təchiz edilib.
Ümumi sahəsi 149 hektar olan terminalda 89,2 min yüklü və 43,6 min yüksüz konteyner saxlamaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır