Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Dünyanın ən güclü elektrik bərəsi tikilir

Avstraliyada alüminiumdan dünyanın ən güclü elektrik bərəsi tikilir.

“Seanews.az” xəbər verir ki, alüminiumdan inşa ediləcək 130 metr uzunluğunda gəmi Cənubi Amerika şirkəti Buquebus tərəfindən Tasmaniya ştatının İnkata şəhərində sifariş edilib. Müqavilənin dəyəri 130 milyon dollardır.

Gəminin Argentina və Uruqvay xəttində istismar edilməsi planlaşdırılır. Bu, sıfır emissiyalı gəmilər üçün ən uzun məsafəli marşrut olacaq.

Katamaran-bərədə 2100 sərnişin və heyət üzvü üçün hər cür rahat şərait nəzərdə tutulur. 225 nəqliyyat vasitəsini qəbul edəcək gəmidə 2000 kvadratmetrlik rüsumsuz mağaza fəaliyyət göstərəcək.

Finlandiyanın “Wartsila” şirkəti gəmini elektrik mühərriki və su şırnaqları ilə təmininə cavabdehdir. “Corvus Energy” Ro-Pax elektrik bərəsi üçün akkumulyator sistemlərini tədarük edəcək. “TradeWinds”-in məlumatına görə, 40 MVt gücündə enerji saxlama qurğuları gəminin göyərtəsində quraşdırılmış ən böyük akkumulyator sistemi olacaq ki, bu da indikilərdən dörd dəfə böyükdür.

“Dolphin NextGen” adlanan akkumulyator sistemi 2024-cü ilin sonuna çatdırılacaq.  Gəminin 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır