Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Gəmi gövdəsinin robotla təmizlənməsi - VİDEO

Gövdəsinin müxtəlif növ dəniz canlıları ilə örtülməsi istismarda olan gəminin hərəkət müqavimətinin artmasına, gəmi gövdəsi ilə dəniz suyu arasındakı sürtünmənin pisləşməsinə səbəb olan məsələlərdəndir. Bu da öz növbəsində  gəminin yanacaq sərfiyyatının və emissiyaların (işlənmiş qaz tullantılarının) artmasını şərtləndirir.

Statistika  göstərir ki, gəmi gövdəsinin təmiz saxlanması bəzi hallarda yanacaq sərfiyyatının 12%-ə qədər azalmasına imkan verir.

Gövdənin təmizlənməsi işi böyük zəhmət və xərc tələb edir. Adətən bu işi dalğıclar və tərsanə təmiri zamanı gəmi təmirçiləri yerinə yetirirlər.

Müasir texnologiyaların və innovasiyaların tətbiqi ilə gövdənin təmizlənməsində xüsusi robotlardan da istifadə olunur. Bu cür robot-təmizləyicilərin iş prinsipi mənfi təzyiq və ya maqnit sahəsi yaratmaqla gəminin gövdəsində dayanmaq, xüsusi hərəkətedici təkərlərlə gəmi boyu hərəkət etmək, fırlanan fırçalar və su şırnağının köməyilə gəmi gövdəsini təmizləməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır