Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Furetank” və “Wartsila” gəmilərdən metan sızmalarını yarıya endirməyə çalışır

Finlandiyanın “Wartsila” qrupu və İsveçin “Furetank” gəmiçilik şirkəti NGV yanacağı ilə işləyən gəmilərdə metan sızması problemini həll etməyə çalışır.

“Seanews.az”-ın məlumatına görə, layihənin həyata keçirilməsi nəticəsində sızmaların iki dəfə azaldılmasının mümkün olacağı gözlənilir.

Adi mazutdan fərqli olaraq gəmilərin mayeləşdirilmiş təbii və karbohidrogen qazlarından istifadəsi CO2, NOx, SOx və bərk hissəciklərin emissiyalarının azalması ilə nəticələnir. Bununla belə, burada çatışmazlıq tamamilə yanmamış qazlı yanacağın qalıqlarının sızmasıdır.

İndiyədək iki texnoloji həll ekoloji cəhətdən təmiz “Vinqa” sinifli tankerlərdə sınaqdan keçirilib. Onlardan biri “Wartsila” tərəfindən iki yanacaqlı mühərriklər üçün hazırlanmış istixana qazlarının emissiyasının azaldılması kompleksidir. Yanacağın yanması prosesi optimallaşdırılır və yanmamış qazların emissiyaları minimuma endirilir.

Emissiyanın azaldılması sistemləri hazırda Yançjoudakı tərsanədə tikilməkdə olan “Vinqa” sinifli gəmilərdə quraşdırılacaq.

İsveç məxsus “Furetank” (qərargahı Göteborq arxipelaqının Dons şəhərində yerləşir) Şimali Avropada orta buzqıran sinifli ərzaq məhsulları daşıyan tankerlər seqmentində lider olan gəmiçilik şirkətidir. Öz donanmasına doqquz gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır