Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeni nəsil sualtı platforma Britaniyanın cənub sahillərində suya buraxılacaq

“BAE Systems” Böyük Britaniya üçün istehsal olunan və “Herne” adlanan Ekstra Böyük Avtonom Sualtı Platformanın (XLAUV) yaxın vaxtlarda bazara çıxarılması üçün işlərin son mərhələdə olduğunu bildirib.

 

Ordu.az xəbər verir ki, gələn il nümayiş etdirilməsi planlaşdırılan platforma ilk dəfə 2024-cü ilin ikinci yarısında Britaniyanın cənub sahillərində suya buraxılacaq.

Dənizaltı təhlükəsizliyin strateji əhəmiyyəti baxımından “Herne” kimi avtonom platforma çox dəyərli sayıla bilər.

Bu cür platformalar hərbi qulluqçulara böyük sualtı əraziləri izləmək imkanı, daha qənaətcil kəşfiyyat və zərbə qabiliyyəti təklif edir.

“BAE Systems” “Herne”ni müxtəlif əməliyyatlara, o cümlədən sualtı qayıqlara qarşı müharibə, kəşfiyyat, müşahidə, aşkarlama və radioelektron müharibəyə uyğunlaşdırıla bilən çevik platforma kimi təsvir edir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır