Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

IMO pilotsuz suüstü gəmilərin naviqasiyada iştirakını zəruri hesab edir

Beynəlxalq Gəmiçilik Palatasının (ICS) üzvü olan gəmi sahiblərinin 42%-i öz donanmasına pilotsuz suüstü gəmiləri (PSG) daxil etməyə hazırdır.

“PortNews” IAA müxbirinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Gəmiçilik Palatasının baş meneceri Qreqor Stivens Neva 2023 beynəlxalq sərgisinin işgüzar proqramı zamanı danışıb.

Gəmi sahiblərinin qeyd etdiyi PSG-in əsas üstünlükləri gəmidə insanların sayının azalması və gəmi tədarükü azaldığından daşınan yüklərin həcminin artmasıdır (heyət üçün ərzaq ehtiyatının daşınmasına ehtiyac yoxdur).

Dənizçilərə yüksək tələbatdan danışan natiq bildirib ki, dünya gəmiçiliyinin tələbatını ödəmək üçün ildə təxminən 70 min komandir heyəti yetişdirilməlidir. “Bir çox ölkələrdə əhalinin qocaldığını nəzərə alsaq, hər il bu qədər yeni mütəxəssis yetişdirmək getdikcə çətinləşir. Buna görə də assosiasiyamızın bir çox üzvləri çıxış yolu kimi PSG-i görürlər”, - Qreqor Stivens bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə dünya donanmasında ən çox dənizçi Filippin, Rusiya, İndoneziya, Çin və Hindistan kimi ölkələrdən olub.

“Uzunmüddətli perspektivdə biz gələcəyi pilotsuz dəniz gəmilərində görürük”, - deyə spiker qeyd edib. "2028-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (IMO) pilotsuz gəmilərin tam potensialından həqiqətən istifadə etmək üçün PSG-ların naviqasiyada iştirakını məcburi hesab edir."

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır