Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Tutumu 5,9 min TEU olan konteyner gəmilərinin tikintisi üçün müqavilə bağlanıb

Yaponiyanın “Tsuneishi Shipbuilding” (Hirosima) gəmiqayırma şirkəti mühərrikləri metanolla işləyən 5,9 min TEU tutumlu dörd konteyner gəmisinin tikintisinə dair müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Gəmiqayırma qrupunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu, mühərrikləri metanolla işləyə bilən gəmilər üçün artıq üçüncü sifarişdir.

Bundan əvvəl Yaponiya şirkəti öz layihəsi əsasında “Kamsarmax” və “Ultramax” tipli (“Kamsarmax Aeroline” və “Tess66 Aeroline”) gəmiləri, həmçinin metanolla işləyən ilk konteyner gəmisini inşa etmişdir.

Layihəyə əsasən, seriyalı gəmilər ambarda 5,9 min TEU-ya qədər daşıya biləcək və göyərtədə 1,4 min ədəd soyuducu konteyner daşımağa hazır olacaq. Gəmilərin həm metanol, həm də mazutla işləyən iki yanacaqlı mühərriklə təchiz edilməsi planlaşdırılır. “Mitsui E&S Co.” seriyalı mühərrik Yaponiyada quraşdırılmış ilk belə mühərrik olacaq.

Layihəni hazırlayarkən nəzərə alınmışdır ki, gəmi “yaşıl” metanoldan istifadə etməklə sıfır karbon qazı emissiyasına nail ola bilər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır