Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeni texnologiya yük gəmilərinin emissiyalarını 30% azaldacaq

“Lloyd's Register” (“LR”), “Cargill”, “Minerva Dry” və “NACKS” yüksək enerji səmərəliliyinə malik və gələcəkdə metanoldan gəmi yanacağı kimi istifadə edəcək yeni “Kamsarmax” quru yük gəmisinin layihəsinin hazırlanması üçün qüvvələri birləşdirməyə razılaşıblar.

 “Seanews.az” xəbər verir ki, bu barədə “LR”-in mətbuat xidməti məlumat yayıb.

Layihədə metanoldan istifadə ilə yanaşı, balkerin rotor yelkən sistemi ilə təchiz edilməsi imkanlarının araşdırılması da nəzərdə tutulur ki, bu da onun yaradıcılarının fikrincə, gəminin enerji səmərəliliyini və ətraf mühitə uyğunluğunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Qeyd edək ki, “Cargill” əvvəllər “WindWings” sərt yelkən sistemi ilə təchiz edilmiş “Pyxis Ocean” gəmisini icarəyə götürüb. Tərtibatçıların fikrincə, rotor yelkənləri külək enerjisindən istifadə etməklə və gəminin marşrutunu optimallaşdırmaqla balkerlərə, tankerlərə və digər iri yük gəmilərinə yanacaq xərclərini 30% azaltmağa imkan verir. Bundan əlavə, texnologiya yük gəmilərinin emissiyalarını ən azı 30% azaltmağa kömək edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır