Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Tanker bərk oksid yanacaq elementi sistemi ilə təchiz ediləcək

Norveçin “Odfjell” şirkətinə məxsus kimyəvi tankerdə bərk oksid yanacaq elementi (SOFC) sistemi quraşdırılacaq.

“Seanews.az” xəbər verir ki, belə bir texnoloji həllin tətbiqinin uzun məsafələrə yük daşımaları zamanı gəmi yanacağı sərfiyyatını və CO2 emissiyalarını əhəmiyyətli dərəcədə azaldacağı gözlənilir.

Layihə Norveçin “Alma Clean Power” və “Odfjell” şirkətləri, həmçinin “DNV” təsnifat cəmiyyəti tərəfindən həyata keçirilir. Sınaqlar çərçivəsində tankerdə bərk oksid yanacaq elementi (80 kVt) olan konteyner quraşdırılacaq. Bütün işlər 2024-cü ilin sonuna qədər tamamlanmalıdır.

Bərk oksid yanacaq hüceyrələri ammonyak, LNG, metanol və hidrogen kimi yanacaqları daxili yanma mühərrikindən daha yüksək enerji səmərəliliyi ilə elektrik enerjisinə çevirə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır