Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeni sistemdən MİLGEM-də istifadə ediləcək

Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət (STM) və Berkin Müdafiə Sənayesi Mühəndislik Ticarət şirkəti tərəfindən birgə hazırlanan HEGİDAS ölkədə başda Milli Gəmi Layihəsi MİLGEM olmaqla bütün hərbi yerüstü platformalarda istifadə ediləcək.

“Ordu.az” xəbər verir ki, bu barədə “TurkicWorld”-ə Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, STM hazırda həyata keçirdiyi ixrac layihəsi çərçivəsində HEGIDAS sistemini iki korvetdə birləşdirəcək. Beləliklə, ilk dəfə olaraq yerli şirkət tərəfindən milli resurslardan istifadə etməklə hazırlanan HEGIDAS sistemi həm də ixrac uğurlarına nail olacaq.

Qeyd edək ki, vizual bələdçilik və uçuş göyərtəsinin işıqlandırma avadanlığından ibarət olan və sistem avadanlığının müvafiq konfiqurasiyada işləməsini təmin edən proqram təminatını özündə birləşdirən HEGIDAS pilotlara helikopterin gəmiyə təhlükəsiz yaxınlaşması və enməsinə kömək etməkdə mühüm rol oynayır.

HEGIDAS ilə vertolyotlar həm gündüz, həm də gecə əməliyyatlarında gəmiyə təhlükəsiz eniş edə bilir. Pilotların görmə şəraitinin uyğun olmadığı gecələr təhlükəsiz işləməsinə imkan verən HEGIDAS pilotun iş yükünü minimuma endirir. HEGIDAS bütün hərbi yerüstü platformalarda, o cümlədən korvetlər, freqatlar, logistik dəstək və ya vertolyot platformaları olan gəmilərdə istifadə edilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır