Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük dəniz külək stansiyası layihə gücünə çatıb

Şotlandiyada dünyanın ən böyük dəniz külək stansiyası layihə gücünə çatıb.

“Seanews.az” xəbər verir ki, “TotalEnergies” və “SSE Renewables”-nin birgə müəssisə olan “Seagreen” dəniz külək stansiyası Şimal dənizində, Angus sahilindən 27 km aralıda yerləşir.

“Oil and Gas Vertical”-ın məlumatına görə, “Seagreen” dünyanın ən dərin sabit dibli külək stansiyasıdır, özülləri dəniz səviyyəsindən təxminən 60 metr aşağıdadır.

1,075 MVt gücündə “Seagreen” dəniz külək stansiyası təxminən 5 terawatt-saat enerji istehsal etməyə qadirdir və ildə 2 milyon tondan çox CO2 emissiyasının qarşısını alacaq


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır