Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Berge Bulk” şirkəti dedveyti 210 000 ton olan balkerini dörd sərt “BARTech WindWings” sistemi ilə təkmilləşdirib

Sinqapurun “Berge Bulk” gəmiçilik şirkəti dedveyti 210 000 ton olan “Berge Olympus” balkerini “Yara Marine Technologies” tərəfindən hazırlanmış dörd sərt “BARTech WindWings” sistemi ilə təkmilləşdirib. “Berge Bulk” hesab edir ki, bu, dünyanın ən güclü yelkənli yük gəmisidir.

“Seanews.az” xəbər verir ki, sərt yelkən sistemi gündə altı ton yanacağa qənaət edəcək və CO2 emissiyalarını təxminən 20% azaldacaq.“Belə qənaətlər hesabına “Berge Bulk” gəmilərinin əksəriyyətini əlverişli külək şəraiti olan marşrutlarda “BARTech WindWings” elkən sistemi ilə təchiz etməyi düşünür.

Eni 20 metr olan yelkənin hündürlüyü 37,5 metrdir ki, bu da 10 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Yelkənlərin ümumi sahəsi 3 min kvadratmetr və ya A380 təyyarəsinin qanadlarının sahəsindən üç dəfə böyükdür.

“Berge Olympus” gəmisi Braziliya - Çin marşrutunda istismar ediləcək.  

Bu, “Berge Bulk”-un gəmilərini yelkənlərlə təchiz etmək sahəsində ilk təcrübəsi deyil. Keçən il şirkət “Anemoi Marine Technologies” ilə iki balkerini qatlanan rotor yelkənləri ilə təchiz etmək üçün müqavilə imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır