Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Hidrogen mühərriki konsepsiyası hazırlayırlar

“MAN Energy Solutions” (“MAN ES”) gəmiçilik sənayesi liderləri və elmi-tədqiqat institutları ilə gəmiçilik sənayesində istifadə üçün orta sürətli hidrogen mühərriki konsepsiyasının hazırlanması üzərində əməkdaşlıq etmək barədə razılığa gəlib. “HydroPoLEn” adlanan layihə Almaniyanın İqtisadiyyat və İqlim Dəyişikliyi Federal Nazirliyindən maliyyə dəstəyi alacaq.

“Seanews.az” xəbər verir ki, “HydroPoLEn” layihəsində “MAN ES”-dən başqa, Almaniyanın əsas kruiz şirkəti “Carnival Maritime GmbH”, təmiz enerji həlləri üzrə ixtisaslaşan tanınmış tədqiqat institutları “WTZ Rosslau gGmbH” və “NMA TUM”, eləcə də əsas komponent təchizatçısı “Tenneco Inc” iştirak edəcək.

Hazırlanmış orta sürətli hidrogen mühərriki konsepsiyasının istixana qazı emissiyalarını azaldacağı və dəniz sənayesinin alternativ yanacağa keçidinə töhfə verəcəyi gözlənilir.

“MAN Energy Solutions” (qərargahı Auqsburq, Almaniya) 1758-ci ildə təsis edilib və bu gün gəmilərdə və elektrik stansiyalarında istifadə üçün böyük dizel mühərrikləri üzrə dünya bazarında liderdir. “MAN ES” turbomaşınların üç aparıcı təchizatçısından biridir. Şirkətdə Almaniya, Danimarka, Fransa, Çexiya, Hindistan və Çində yerləşən 120-dən çox mərkəzdə 14,5 minə yaxın işçi çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır