Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Rotor yelkənləri icarəyə verilir

Finlandiyanın “Norsepower” mühəndislik şirkəti, Yaponiyanın “IINO Kaiun Kaisha” gəmiçilik şirkəti və “Mizuho Leasing” lizinq şirkəti birgə “Rotor Sail” rotor yelkənlərini icarə vermək təşəbbüsü ilə çıxış ediblər.

“Seanews.az” xəbər verir ki, gəmi sahibləri və operatorlar fırlanan yelkən sistemini sabit aylıq ödənişlə beş il müddətinə icarəyə götürə biləcəklər.

Norsepower” qeyd edir ki, enerjiyə qənaət edən texnologiyalarla bağlı  çevik həllərin mövcudluğu ekoloji göstəricilərin yaxşılaşdırılmasına real təsir göstərə bilər.

“Rotor Sail” texnologiyasından hazırda fəaliyyət göstərən 30 minə yaxın balker, qaz daşıyıcısı, avtomobil daşıyıcısı və sərnişin gəmisi yararlana bilər. Bu texnologiya CO2 emissiyalarını 80 meqaton (80 milyon ton) azaltmağa imkan verir ki, bu da dünyada gəmiçilikdən yaranan istixana qazı emissiyalarının təxminən 10%-ni təşkil edir”, – şirkət əlavə edib.

Rotor yelkən sistemi artıq iki “IINO Kaiun Kaisha” gəmisində quraşdırılıb.

Nəzərinizə çatdıraq ki, “Norsepower” rotor yelkənləri “Flettner” rotorunun modernləşdirilmiş versiyasıdır. Belə yelkənlər küləklə gəminin əlavə itələnməsini təmin edir, enerji səmərəliliyini artırır və yanacaq sərfiyyatını azaldır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır