Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Stokholmda “uçan” bərə-gəmilər peyda olacaq

2024-cü ilin yayından etibarən Stokholmda sərnişinlər üçün yeni tipli elektrikli bərə-gəmilər istismara veriləcək.

AZƏRTAC xəbər verir ki, sınaq yoxlamalarında bərənin sürəti saatda 30 km-ə çatdırıldıqda, bərə-gəmi suyun səthindən korpusun altında yerləşdirilmiş aeroodinamik profilə keçid edir.

Bərə-gəmi təxminən 1,5 metr hündürlüyə qalxır, buna görə də, su ilə təmas sıfıra enir. Bu onun çalışması üçün tələb olunan enerjinin miqdarını azaldır, üstəlik tamamilə səssiz işləyir.

İyul ayında Ekeryö adası və Stokholmun mərkəzi arasında saatda 33 km sürətlə işləyəcək pilot marşrut işə salınacaq. Beləliklə, 55 dəqiqə davam edən reysin vaxtı cəmi 25 dəqiqəyə enəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır