Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

24 min tonluq nüvə konteyner gəmisinin layihəsi hazırlanıb

Çin Dövlət Gəmiqayırma Korporasiyası (“China State Shipbuilding Corporation” – “CSSC”) Şanxayda keçirilən “Marintec China” sərgisində nüvə enerjisi ilə işləyən nəhəng konteyner gəmisi layihəsini nümayiş etdirib.

“Seanews.az” xəbər verir ki, layihə “CSSC” şirkətinin strukturuna daxil olan “Jiangnan” tərsanəsi tərəfindən hazırlanıb. Layihə 24 000 tonluq gəminin dördüncü nəsil ərimiş duz nüvə reaktoru ilə təchiz edilməsini nəzərdə tutur.

Nüvə konteyner gəmisindən emissiyalar sıfır olacaq. Layihənin “DNV” təsnifat cəmiyyəti tərəfindən bəyənildiyi bildirilir.

"Bu tip gəmilər yüksək təhlükəsizlik səviyyəsinə malik olacaq, reaktor yüksək temperaturda və aşağı təzyiqdə işləyir", - deyə “gCaptain”  “CSSC”-in hesabatından sitat gətirir.

Nəşr həmçinin bu il Amerika təsnifat cəmiyyəti “ABS”-nin araşdırmalarının nəticələrinə istinadən bildirir ki, nüvə mühərriklərinin ticarət gəmilərində, ilk növbədə tutumu 14 min TEU olan konteyner gəmilərində və “Suezmax” tankerlərində yaxın 25 ildə istifadə edilməsi gəmilərin yük tutumunu və sürətini artırmaqla yanaşı, atmosfer emissiyalarını sıfıra endirəcək.

Amma hələ hamı buna hazır deyil. “Splash24/7”-nin istinad etdiyi Beynəlxalq Gəmiçilik Palatasının bu yaxınlarda apardığı sorğuya əsasən, Palata üzvlərinin yalnız 9%-i növbəti onillikdə nüvə enerjisi ilə işləyən gəmilərin meydana çıxacağını gözləyir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır