Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Çin dəniz suyundan uran çıxaran filtr yaradıb

Çin dəniz suyundan uran çıxaran filtr yaradıb.

“Report” TASS-a istinadən xəbər verir ki, kimyaçılar aromatik karbohidrogenlərə əsaslanan məsaməli material hazırlayıblar. Bu material uran birləşmələrinin ionlarını sudan çox effektiv şəkildə udur və minimal enerji sərfiyyatı ilə onu toplayır.

Filtrlər Dünya Okeanının sularından uranın çıxarılması üçün istifadə oluna bilər.

Tədqiqatçılar “ACS Central Science” jurnalındakı məqalələrində yazır ki, bu materialın hər qramı üç həftə ərzində dəniz suyundan 12,6 mq uran çıxarmağa qadirdir.

Bu filtrasiya sistemi Çinin Çanqun Universitetinin professoru Zhao Ruinin rəhbərlik etdiyi bir qrup kimyaçı tərəfindən hazırlanıb. Quruluşuna görə pətəyə bənzəyən və aromatik üzvi birləşmələrin molekullarından ibarət materiallar Sarı dənizin şimal-qərb hissəsindəki Bohai körfəzindən toplanmış su nümunələri üzərində sınaqdan keçirilib. Gələcəkdə belə qurğular Yer kürəsində insanlar üçün mövcud olan uran ehtiyatlarının həcmini əhəmiyyətli dərəcədə genişləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır