Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Çin mühəndisləri 11 min CEU tutumlu ixtisaslaşdırılmış gəmi hazırlayıblar

Təsnifat və sertifikatlaşdırma cəmiyyəti “DNV” Çinin gəmi istehsalçısı “China Merchants Jinling Shipyard” (Nanjing) Co., Ltd”-nin xüsusi idxal avtomobil daşıyanının (PCTC) innovativ layihəsini bəyənib.

“Seanews.az” verir ki, təsnifat və sertifikatlaşdırma cəmiyyətinin məlumatında belə deyilir.

PCTC tipli gəminin uzunluğu 234 metr, eni 40 metr, ümumi tutumu 11 min CEU (adi avtomobillərdə gəminin yükünün ölçü vahidi) olacaq. Gəminin 14 göyərtəsi olacaq ki, bu da avtomobillərin daşınması üçün nəqliyyat xərclərini azaldacaq.

Super “Large Smart Green” 11 000 layihəsi ciddi Gəmi Enerji Effektivliyi İndeksi və “Tier-3” NOx emissiya standartlarına cavab verəcək. Avtomobil daşıyıcısı 4,2 min kubmetr tutumu olan LNG saxlama çəni ilə təchiz ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır